AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNVERİCİLİK VƏ
NORMATİV HÜQUQİ AKTLARI.
AUDİTİN
KEÇİRİLMƏSİ VƏ AUDİTLƏ
BAĞLI SƏNƏDLƏRDƏN ÇIXARIŞLAR
AUDİTOR XİDMƏTİ HAQQIND Azərbaycan
Respublikasının 1994-cü il 16 sentyabr
tarixli 882 saylı Qanunu (Azərbaycan Respublikasının
1996-ci il 5 noyabr tarixli 188-1 QD saylı, 2001-ci
il 23 noyabr tarixli 219-II QD saylı və 2002-ci
il 23 aprel tarixli 311-II QD saylı qa- nunları
ilə edilmiş dəyişiklik və əlavələrlə)
Bu Qanun Azərbaycan
Respublikasında auditor xidmətinin taşkilini,
onun həyata kecirilməsinin hüquqi əsaslarını,
auditorların funksiyalarını, hüquqlarını
və vəzifələrini müəyyən
edir, mülkiyyətcinin əmlak huquqlarını
müdafiə edən müstəqil maliyyə
nəzarəti sisteminin yaradılmasını
nəzərdə tutur. Auditor xidməti ilə
baglı münasibətlər bu Qanunla, habelə
Azərbay- can Respublikasının digər
qanunvericilik aktları, beynəlxalq müqavilə
və sazişləri ilə tənzimlənir.
I fəsil
ÜMUMI MÜDDƏALAR
Maddə 1. Qanunun
tətbiq sahəsi Bu Qanun mülkiyyət
formasından və təskilati-hüquqi
tabeliyindən ası- lı olmayaraq, Azərbaycan
Respublikası ərazisinda fəaliyyət
göstərən bü- tün müəssisələrə,
təşkilatlara və idarələrə
(bundan sonra "təsərrüfat subyektləri"
adlandırılacaqdır) şamil edilir.
Maddə 2. Audit
anlayışı Audit - əmtəə
istehsalı və satışı, xidmət
göstərilməsi və iş görülməsi
ilə məşğul olan təsərrüfat
subyektlərində mühasibat uçotunun
dəqiq və dürüst apanlmasının,
mühasibat və maliyyə hesabatlarının
müstəqil yoxlanılmasıdır. Audit
yoxlaması məcburi və ya konüllü
(təsərrüfat subyektinin öz təşəbbüsü
ilə) ola bilər. Qanunvericiliyə görə
öz maliyyə hesabatlarını idarə
etdirməli olan təsərrüfat subyektləri
üçün, habelə qanunvericilik aktları
ilə bilavasitə nəzərdə tutulmuş
hallarda və ya səlahiyyətli dövlət
orqanının müvafiq qərarına
əsasən (sifarişi ilə) həyata
keçirilən audit məcburi, digər hallarda
isə könüllüdür.
Maddə 3. Auditor
xidməti Təsərrüfat subyektlərində
müqavilə əsasında maliyyə-təsərrüfat
fəaliyyəti sahəsində yoxlama, ekspertiza,
təhlil aparmaq və yazılı rəy
vermək, mühasibat ucotu qurmaq, hesabat göstəricilərinin
dürüstlüyünü təsdiq etmək
və auditorun peşə fəaliyyətinə
(auditor təşkilatının nizamnamə
məqsədlərinə) uyğun olaraq
maliyyə-təsərrüfat münasibətləri
sahəsində digər xidmətləri
göstərmək auditor xidməti hesab
edilir. Auditor xidməti dövlət orqanlarının
öz səlahiyyətləri daxilində
təsərrüfat subyektlərinin fəaliyyətini
yoxlamasını istisna etmir.
Maddə 4. Sərbəst
auditor Sərbəst auditor Azərbaycan Respublikası
Auditorlar Palatasının (bundan sonra "Auditorlar
Palatası" adlandırılacaqdır) verdiyi
lisenziyaya əsasən respublika ərazisində
sərbəst auditor xidməti göstərmək
hüququnu əldə etmiş fiziki şəxsdir.
Maddə 5. Auditor
Auditor təşkilatı Auditorlar Palatasının
verdiyi lisenziya əsasında Azərbaycan
Respublikasının ərazisində auditor
xidməti göstərmək hüququnu
əldə etmiş və nizamnaməsinə
görə yeganə fəaliyyət sahəsi
bu xidmət növü olan hüquqi şəxsdir.
Auditor təşkilatı Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada bir və daha artıq təsisçi
tərəfindən yaradlır.
Maddə 6. Sərbəst
auditor olmağın şərtləri Azərbaycan
Respublikasında sərbəst auditor hüququnu
əldə etmək ücün aşağıdakılar
tələb olunur: a) Azərbaycan Respublikasının
vətandaşı olmaq; b) məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü
ilə maliyyə-təsərrüfat münasibətləri
sahəsində müəyyən vəzifələr
tutma və ya müəyyən fəaliyyət
ilə məşğul olma huququndan məhrum
edilməmək və ya bu növ cəza
ilə baglı məhkumluğun qanunvericilikdə
müəyyən edilmiş qaydada ödənilməsi;
v) mühasibat uçotu, maliyyə, iqtisadi
və hüquqşünas ixtisasları üzrə
ali təhsilə və ixtisas üzrə
azı üç il iş stajına malik
olmaq; q) sərbəst auditor imtahanlarını
vermək. Tamah məqsədilə cinayət
törətmək üstündə məhkum
olunmuş və məhkumluğu ödənilməmiş
şəxslər auditor ola bilməzlər.
Öz ölkəsində auditor xidməti
ilə məşğul olmaq hüququ olan
xarici ölkə vətəndaşı
Auditorlar Palatasının rəsmi icazəsi
ilə həmin hüquqdan Azərbaycan Respublikası
ərazisində istifadə edə bilər.
Maddə 7. Auditor
adını almaq üçün imtahanların
təşkili Auditor adı almaq üçün
imtahanlar Auditorlar Palatasının təyin
etdiyi komissiya tərəfindən qəbul
edilir. İmtahanlar Auditorlar Palatasının
Bəyannaməsində nəzərdə
tutulan qaydaya uyğun olaraq təşkil edilir.
Maddə 8. Auditor
rəyi Auditor rəyi auditorun (auditor təskilatının)
imzasi və möhüru ilə təsdiq
olunmuş audit aparılan təsərrüfat
subyektinin maliyyə vəziyyətinə,
maliyyə-təsərrüfat əməliyyatlarının
qanuniliyinə, illik mühasibat hesabatları
maddələrinin doğruluğuna, mühasibat
uçotunun ümumi vəziyyətinə
verdiyi qiyməti əks etdirən və bütün
hüquqi və fiziki şəxslər, dövlət
hakimiyyəti və idərəetmə orqanları,
habelə məhkəmə orqanları üçün
hüquqi əhəmiyyəti olan rəsmi
sənəddir. Səlahiyyətli dövlət
orqanlarının qəranna əsasən
kecirilmiş yoxlamanın nəticələrini
əks etdirən auditor rəyi Azərbaycan
Respublikası prosessual qanunvericiliyinə
uyğun olaraq təyin edilmiş ekspertizanın
rəyi ilə bərabər tutulur. Auditor
rəyinin vahid formasını və onun
tərtib edilməsində irəli sürülən
tələbləri Auditorlar Palatası Azərbaycan
Respublikası Mülki Məcəlləsinin
müvafiq tələblərini nəzərə
almaqla müəyyən edir.
IIfəsil AZƏRBAYCAN
RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN
TƏNZİMLƏNMƏSİ
Maddə 9 Auditor
xidmətinin tənzimlənməsi Auditor
xidmətinin dovlət tənzimlənməsini
təşkil etmək; bu səhədə
olan və Azərbaycan Respublikasmda auditor
xidmətinin inkisafma və təkmilləsdirilməsinə
Azərbaycan Respublikasında auditor xidmətinin
inkişafına və təkmilləşdirilməsinə
yonəlmis normativ aktların layihələrini,
tədbirlər sistemini hazırlamaq; dövlətin,
təsərrüfat subyektlərinin və
auditorların (auditor təşkilatlarının)
mənafelərini müdafiə etmək;
öz fəaliyyətində bu Qanundan, digər
qanunvericilik və normativ hüquqi aktlardan
irəli gələn tələblərə
auditorlar (auditor təşkilatları) tərəfindən
riayət edilməsinə nəzarət etmək
məqsədilə Azərbaycan Respublikasının
Auditorlar Palatası yaradıhr. Auditorlar Palatasının
fəaliyyəti onun Əsasnaməsi ilə
tənzimlənir. Azərbaycan Respublikasının
Milli Məclisi Auditorlar Palatasının
əsasnaməsini təsdiq edir və onun
rəhbərini təyin edir.
Maddə 10. Auditor
xidməti ilə məşğul olmaq üçün
lisenziyanın verilməsi Sərbəst auditorlar
və auditor təşkilatları dövlət
qeydiyyatına almadıq- dan sonra 5 il müddətinə
verilən lisenziya əsasında fəaliyyət
göstərirlər.
Maddə 11. Sərbəst
əuditorların və auditor təşkilatlarının
dövlət qeydiyyatı Auditor, auditor fəaliyyəti
ilə məşğul olmaq hüququ verən
lisenziya- nı aldığı andan auditor
xidməti ilə məşğul olmaq hüququna
malikdir. Sərbəst auditorlar hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq üçün müəyyən
edilmiş qaydada uçota alınırlar.
Auditor öz fəaliyyətini sərbəst,
yaxud auditor təşkilatı ilə müqavilə
əsasında həyata keçirir. Onun başqa
növ fəaliyyətlə məşğul
olması qada- ğandır. Sərbəst
auditorlar öz fəaliyyətini əks etdirən
gündəlikdən istifadə edirlər.
Gundəliyi onların fəaliyyətinə
nəzarət və aparılan auditin keyfiy-
yətinin yoxlanması üçün Auditorlar
Palatasına təqdim edirlər. Auditor təşkilatları
Azərbaycan Respublikasının müvafiq
qanunu ilə müəyyənləşdirilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanında
dövlət qeydiyyatına alınırlar.
Qanunvericiliklə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatından keçmiş
auditor təşkilatı Auditorlar Palatasından
lisenziya aldığı andan auditor xidmətini
həyata keçirmək hüququna malik olur.
III fəsil
AUDİTORLARIN HÜQUQLARI, VƏZİFƏLƏRİ
VƏ MƏSULİYYƏTİ
Maddə 12.
Auditorların huquqları Sərbəst auditor
və auditor təşkilati asağıdakı
hüquqlara malikdirlər: bu Qanuna və sifarisçi
ilə bağlanmış müqavilənin
şərtlərinə uyğun olaraq auditin
forma və metodlarını sərbəst
müəyyənləşdirmək; sifarişçinin
maliyyə-təsərrüfat fəaliyyətinə
dair bütün sənədlərlə
(o cümlədən kənar hüquqi şəxslərdə
saxlanılan sənədlərlə) tanış
olmaq və yoxlama üçün onları
almaq, pul məbləğlərinin, qiymətli
kagizların, maddi sərvətlərin mövcudluğunu
yoxlamaq və audit üçün lazım
olan digər məlumatları almaq; sifarişçinin
rəhbərliyindən və isçilərindən
yazılı izahat almaq; səlahiyyətli
dövlət orqanlarının sifarişi
ilə auditor xidməti göstərərkən
müəyyən etdikləri pozuntu və
nöqsanlar haqqında onlar qarşısında
məsə- lə qaldırmaq; auditin keçirilməsinə
müqavilə əsasında başqa auditorları
cəlb etmək; yoxlanılan təsərrüfat
subyekti tərəfindən audit üçün
lazım olan sənəd- lərin təqdim
edilməməsi halında audit yoxlamasını
keçirməkdən imtina etmək.
Maddə13. Auditorların
vəzifələri Sərbəst auditorların
və auditor təşkilatlarının
vəzifələri asağidakılardan
ibarətdir: auditin aparılmasında Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə
hökmən riəyat etmək; auditor yoxlamalarını
və digər auditor xidmətlərini keyfiyyətli
həyata keçirmək; bu Qanunun 18-ci maddəsində
göstərilmiş hallara görə auditin
aparılmasında iştirakının qeyri-mümkünlüyü
barədə dərhal sifarişçiyə
(səlahiyyətli dövlət orqanına)
xəbər vermək; sifarişçinin
mühasibat uçotunun və hesabatının
vəziyyətini, düzgünlüyünü,
qüvvədə olan qanunlara və normativ
aktlara uyğunluğunu yoxlamaq; auditin aparılması
zaman aşkar edilmiş bütün pozuntular,
mühasibat uçotunun aparılması və
hesabatların tərtibi ilə bağlı
nöqsanlar haqqında sifarişçinin
rəhbərliyinə məlumat vermək;
sifarişçinin tələbi ilə aparılan
audit zamanı əldə edilən məlumatı
(məhkəmə orqanlarının tələb
etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;
yoxlama gedişində alinmiş və ya
tərtib edilmiş sənədlərin qorunub
saxlanmasını təmin etmək; təsərrüfat
subyektinin tələbi ilə ona auditin apanlmasına
dair qanunvericiliyin tələbləri, tərəflərin
hüquq və vəzifələri, habelə
auditorun rəyində olan irad və nəticələr
üçün əsas olan normativ aktlar barəsində
ətraflı məlumatlar vermək; qanunvericilikdə
nəzərdə tutulmuş hallarda vergi
hesabatına dair au- ditor rəyi vermək.
Maddə 14.
Auditorların məsuliyyəti Auditorlar və
auditor təşkilatları öz vəzifələrini
lazımınca yerinə ye- tirmədikdə
Azərbaycan Respublikası qanunvericiliyinə
və sifarişi ilə bağlanmış
müqavilənin şərtlərinə
uyğun olaraq əmlak məsuliyyətinə
cəlb edilə bilərlər.
Maddə 15. Auditor
xidməti ilə məşğul olmaq hüququ
verən lisenziyaların geri alınması
Auditora və ya auditor təşkilatına
Azərbaycan Respublikası ərazisində
auditor xidmətini həyata keçirmək
hüququ verən lisenziya asağidakı
hallarda Auditorlar Palatasının gələn
ilə geri alına bilər: təqvim ili
ərzində (üç dəfə keyfiyyətsiz
audit apardıqda; audit aparılması zamanı
bu Qanunun və Azərbaycan Respublikası
qa- nunvericiliyinin tələblərini kobudcasına
pozduqda; sərbəst auditor haqqında maliyyə-təsərrüfat
münasibətləri sahəsində müəyyən
vəzifələr tutma və ya müəyyən
fəaliyyət ilə məşğul olma
hüququndan məhrumetmə cəzasına,
habelə tamah məqsədilə torədilmiş
cinəyətə görə cəzanı
nəzərdə tutan məhkəmənin
hokmü qanuni qüvvəyə mindikdə;
lisenziyanın verilməsindən sonra onun
alınması üçün auditor tərəfin-
dən doğru olmayan məlumatların təqdim
edilməsi faktı aşkar edildikdə;
qanunvericilikdə nəzərdə tutulmuş
hallar istisna olaraq, audit zamanı əldə
edilmiş məlumatlar auditor tərəfindən
təsərrüfət subyektinin rəhbərinin
(mülkiyyətçisinin) razılığı
olmadan üçüncü şəxslərə
verildikdə; bu Qanunun 18-ci maddəsi ilə
nəzərdə tutulan auditin aparılmasını
is- tisna edən hallar auditor (auditor təskilatı)
tərəfindən gizlədildikdə.
IV fəsil AZƏRBAYCAN
RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN
TƏŞKİLİNİN ÜMUMİ
QAYDASI
Maddə 16. Təsərrüfat
subyektlərinda auditor xidmətinin təşkili
Auditor xidməti bir tərəfdən sərbəst
auditor və ya auditor təşkilatı,
di- gər tərəfdən isə sifarişçi
arasında bağlanmış və yoxlamanın
məzmununu, aparılmasi müddətlərini,
məsləhət xidmətlərinin həcmini,
ödəniş məbləğini və
qaydasını, eləcə də tərəflərin
məsuliyyətini nəzərdə tutan
müqavila əsasında göstərilir.
Sifarişçi auditorun öz peşə
vəzifələrini tam və keyfiyyətli
yerinə ye- tirməsinə bütün
lazımi şəraitin yaradılması
üçün məsuliyyat daşıyır.
Auditor öz muştərisindən, eləcə
də bu işdə marağı olan hər
hansı üçüncü şəxsdən
asılı deyildir. Auditor və ya auditor
təşkilatı tərəfindən müqavilə
şərtlərinin yerinə yetirilməsi
auditor rəyinin təhvil-qəbul aktı
ilə müəyyən olunur. Auditor rəyi
muəyyən olunmuş forma əsasında
tərtib edilir.
Maddə 17. Auditor
xidmətindən istifadə uzrə təsərrüfat
subyektinin vəzifələri və hüquqları
Təsərrüfat subyektinin rəhbərliyi
(mülkiyyətçisi) auditin aparılması
üçün zəruri olan bütün
sənədləri, registrləri və hesabatları
auditora təq- dim etməlidir və onların
düzgünlüyünə məsuliyyət
daşıyır. O, auditorun sorğusuna
dair yazılı və şifahi izahatlar
verməyə borcludur. Təsərrüfat
subyektləri auditor seçməkdə sərbəstdirlər.
Təsərrüfat subyektləri maliyyə-təsərrufat
fəaliyyəti ilə baglı bütün
məsələlər üzrə sərbəst
auditor və ya auditor təşkilatı
ilə hər hansı müddətə
müqavilə bağlamaq hüququna malikdirlər.
Bu cür müqavilələr yox- lama xarakteri
daşıdıqda, auditor yoxlamanın nəticələrinə
görə müəyyən olunmuş qaydada
akt tərtib edir. V fəsil XÜSUSI MÜDDƏALAR
Maddə 18. Auditor
xidməti sahəsində qadağanlar Yoxlamaları
müəssisədə şəxsi əmlak
mənafeyi, yoxlamalar müəssisənin
rəhbərliyindən hər hansı şəxslə
birbaşa qohumluq əlaqəsi, müəssisənin
təsisçisi, mülkiyyətçisi və
ya səhmdarı olduqda, müəssisədə
bundan əvvəl öz peşə fəaliyyəti
ilə bağlı xidmətlər göstərdikdə
auditorlara həmin müəssisələrdə
audit aparmaq qadağandır.
Maddə 19. Mübahisələrin
həll edilməsi Auditorla (auditor təşkilatı
ilə) onların sifarisçiləri arasında
meydana çıxan əmlak xarakterli bütün
mübahisələr Auditorlar Palatasında
həll edilə bilmədikdə məhkəmə
(arbitraj məhkəməsi) tərəfindən
həll olunur. Auditor (auditor təşkilatı)
müəyyən edilmiş qaydada Auditorlar
Palatasının ona lisenziyanin verilməməsi
və ya geri alınması bərədə,
habelə auditor təşkilatının
hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınmaması barədə qərarlarından
məhkəməyə (arbitraj məhkəməsinə)
şikayət edə bilər. Maddə 20.
Auditor təşkilatının yoxlanılması
Auditorlar Palatası auditor təşkilatlarının
maliyyə-təsərrüfat fəaliyyətinin
bu Qanunun muddəalarına uyğunluğunu
yoxlayır və onların işinə nəzarət
edir.
MƏHDUD MƏSULİYYƏTLİ
MÜƏSSİSƏLƏR HAQQINDAAzərbaycan
Respublikasının 1998-ci il 29 dekabr tarixli
212 sayh Qanunundan Ç ı x a r ı ş
Maddə 48. Müəssisədə
audit 1. Müəssisənin illik hesabatlarının
və mühasibat balanslarının, həmçinin
onun işlərinin cari vəziyyətinin
yoxlanılması və düzgünlüyunün
təsdiq edilməsi üçün təsisçilərin
müəssisənin vəsaiti hesabına
auditor cəlb etmək hüququ vardır.
Bu auditorun müəssisəyə, onun təsisçilərinə,
icra və nəzarət orqanlarının
üzvlərinə münasibətdə
heç bir əmlak maraqları olmamalıdır.
2. Müəssisənin hər bir təsisçisinin
öz vəsaiti hesabına muəssisənin
illik hesabatlarının və mühasibat
balanslarının audit yoxlamasının
keçirilməsini tələb etmək hüququ
vardır. Muəssisənin icra orqanı
onun illik hesabatlarının və mühasibat
balanslarının audit yoxlamasının
keçirilməsindən boyun qaçırdıqda,
lakin bu zəruridirsə, muəssisənin
təsisçisinin müraciəti əsasında
audit yoxlaması məhkəmənin qərarı
ilə təyin oluna bilər. Azərbaycan
Respublikasının 1999-cu il 1 fevral tarixli
618-IQ sayli Qanunu ilə təsdiq edilmişdir
AZƏRBAYCAN
RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİ
( C ı x a r ı ş )
Maddə 187.
İntizam tənbehinin verilməsi qaydaları
... 3. İntizam xətasının törədildiyi
gündən altı ay keçdikdən sonra
isçiyə intizam tənbehi verilə bilməz.
Müəssisənin maliyyə-təsərrüfat
fəaliyyatının auditinin (yoxlanılmasının,
təftişinin aparılmasının) nəticələri
ilə aşkar edilmiş vəzifə huquqpozması
ilə bağlı intizam xətalarına
görə isə işçiyə həmin
xətalar törədildiyi gündən
bir il keçdikdən sonra intizam tənbehi
verilə bilmez. Cinayət işi üzrə
icraat bu müddətə daxil edilmir.
ƏTRAF MÜHİTİN
MÜHAFİZƏSİ HAQQINDA Respublikasının
1999-cu il 8 iyun tarixli 678-IQ sayh Qanunundan Ç
ı x a r ı ş
Xİİ fəsil
EKOLOJİ AUDİT VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 75. Ekoloji
audit 1. Ekoloji audit - təbii resursların
istifadəsi və bərpası üzrə
hesabatların düzgün tərtib edilməsi
də daxil olmaqla, təbiətdən istifadəçi
tərəfindən ekoloji tələblərin,
ətraf mühitin mühafizəsi normalarının
və qaydalarının gözlənilməsi
məqsədi ilə onların təsərrüfat
və digər fəaliyyətinin müstəqil
yoxlanılmasıdır. 2. Ekoloji audit təbiətdən
istifadəçi ilə ekoloji auditor arasında
bağlanmış müqaviləyə əsasən
aparılır. Qanunvericiliklə müəyyən
edilmiş hallarda ekoloji audit məcburidir.
3. Ekoloji auditor məsləhəti - ekoloji
auditorun ətraf mühitin mühafizəsi
və onun keyfiyyətinin yaxşılasdırılması,
təbii resursların səmərəli
və qənaətlə istifadəsi, bərpası,
təbiətdən istifadəçi tərəfindan
ekoloji tələblərə, ətraf mühitin
mühəfizəsi normalarına və qaydalarına
riəyət edilməsi üzrə məsləhətlər
verməsidir.
Maddə 76. Ekoloji
auditor 1. Ekoloji auditor - xüsusi icazəyə
əsasən ekoloji auditor fəaliyyəti
göstərmək hüququna malik olan hüquqi
və ya fiziki şəxslərdir. 2. Ekoloji
auditor fəaliyyəti göstərmək
hüququ verən xüsusi icazə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
verilir. Xarici auditorlar və auditor təşkilatlari
ekoloji auditin aparılmasına və məsləhətlərin
verilməsinə cəlb edilə bilər.
Maddə 77. Ekoloji
auditin həyata keçirilməsi Ekoloji auditor
fəaliyyətinin, ekoloji auditorların attestasiyasının,
ekoloji auditin aparılması qaydaları
və şərtləri, ekoloji auditorların
məsuliyyəti, hüquqları və vəzifələri
qanunvericiliklə müəyyən edilir.
SIĞORTA HAQQINDA
Azəbaycan Respublikası 1999-cu il 25 iyun
tarixli 696-IQ saylı Qanunundan ç ı x
a r ı ş Maddə 54. Audit və nəzarət
1. Sığortaçının maliyyə-təsərrüfat
vəziyyətini onun seçdiyi sərbəst
auditor yoxlayır. Auditor tərəfindən
təsdiqlənmiş illik maliyye-təsərrüfat
fəaliyyəti barədə hesabat müvafiq
icra hakimiyyəti orqanına təqdim edilir
və mətbuatda dərc olunur.
HESABLAMA PALATASI
HAQQINDA Azərbaycan Respublikasının 1999-cu
il 2 iyul tarixli 700-IQ saylı Qanunu (Azərbaycan
Respublikasının 2001-ci il 7 dekabr tarixli
232-IIQD saylı Qanunu ilə edilmiş dəyişikliklər
və əlavələrlə) Bu Qanun Azərbaycan
Respublikası Hesablama Palatasının (bundan
sonra - Hesablama Palatası adlanacaq) statusunu,
funksiyalarını, təşkilati strukturunu,
fəaliyyət formalarını və prinsiplərini
müəyyən edir.
I fəsil ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Azərbaycan
Respublikası Hesablama Palatasının statusu
Azərbaycan Respublikası Konstitusiyasının
92-ci maddəsinə əsasən Milli Məclis
Hesablama Palatası yaradır. Hesablama Palatası
Milli Məclisə hesabat verən, daimi fəaliyyət
göstərən dövlət büdcə-maliyyə
nəzarəti orqanıdır. Hesablama Palatası
təşkilati və funksional müstəqilliyə
malikdir. Hesablama Palatasının üzvlərinə
dair tələblər, onların təyin
olunma qaydaları Azərbaycan Respublikasi Milli
Məclisinin Daxili Nizamnaməsinin 44-cü
Maddəsi və "Azərbaycan Respublikası
Milli Məclisinin daimi komissiyaları haqqında"
Qanunun 9-cu Maddəsi ilə müəyyənləşdirilir.
Hesablama Palatası hüquqi şəxsdir.
Hesablama Palatasının Azərbaycan Respublikasının
Dövlət gerbi təsvir edilmiş və
öz adı yazılmış möhürü
vardır. Hesablama Palatası Bakı şəhərində
yerləşir.
Maddə 2. Hesablama
Palatasının asas funksiyaları Hesablama
Palatası aşağıdakı funksiyaları
hayata keçırir: - dövlət büdcəsinin
və büdcədənkənar dövlət
fondlarının (təsisatlarının)
büdcələrinin layihələrinə
rəy verir; - dövlət büdcəsi
və büdcədənkənar dövlət
fondlarının (təsisatlarının)
büdcələrinin gəlir və xərc
maddələrinin həcmi, strukturu və
təyinatı üzrə vaxtında icrasına
nəzarəti həyata keçirir; - dövlət
büdcəsinin icrası barədə illik
hesabata və müvafiq qanun layihələrinə
rəy verir; - dövlət büdcəsindən
maliyyələşdirmələrin təsdiq
olunmuş dövlət büdcəsində
müəyyən edildiyi kimi aparılmasını
təhlil edir, aşkar edilmiş kənarlaşmaların
aradan qaldırılması, habelə bütovlükdə
büdcə prosesinin təkmilləşdirilməsi
haqqında təkliflər hazırlayır
və Milli Məclisə təqdim edir; -
rübdə bir dəfə dövlət
büdcəsinin gəlir və xərclərinin
icrası haqqında Milli Məclisə məlumat
verir; - dövlət əmlakının idarə
edilməsi, onun barəsində sərancam
verilməsi və dövlət əmlakının
özəlləşdirilməsindən əldə
edilən vəsaitlərin dov- lət büdcəsinə
daxil olmasına nəzarəti həyata keçirir;
- Azərbaycan Respublikasi Milli Məclisinin
və onun daimi komissiyalarının tapşırığı
ilə dövlət büdcəsi və
büdcədənkənar dövlət fondları
(təsisatları) ilə baglı qanun layihələrinin,
Milli Məclisdə təsdiq edilən Azərbaycan
Respublikasının tərafdar çıxdığı
beynalxalq müqavilələrin maliyyə
ekspertizasını keçirir; - dövlət
büdcəsi vəsaitlərinin xəzinə
hesabına daxil olmasının və istifadəsinin
təsdiq olunmuş dövlət büdcəsində
müəyyən edilmiş göstəricilərə
uyğunluğunu təhlil edir və Milli
Məclisə məlumat verir; - dövlət
büdcəsinin vəsaitlərinin və
büdcədənkənar dövlət fondlarının
(təsisatlarının) vəsaitlərinin
bank hesablamalarında hərəkəti barədə
Azərbaycan Respublikasının Milli Bankından
və müvəkkil banklardan, kredit təşkilatlarından
məlumatlar alır, təhlil edir və
Azərbaycan Respublikasının Milli Məclisinə
təkliflər verir; - aparılmış
nəzarət tədbirləri nəticəsində
aşkar edilmiş hüquq pozuntuları
barədə məlumatları Azərbaycan
Respublikasının Milli Məclisinə
təqdim edir; - digər dövlət nəzarət
orqanları ilə qarşılıqlı
əlaqə şəraitində fəaliyyət
gostərir.
Maddə 2-1.
Hesablama Palatasının fəaliyyət
dairəsi Hesablama Palatası dövlət
büdcəsinin təsdiq edilməsinə
və icrasına, dövlət əmlakının
idarə edilməsinə, onun barəsində
sərəncam verilməsinə, dövlət
əmlakının ozəlləşdirilməsindən
əldə edilən vəsaitlərin dövlət
büdcəsinə daxil olmasına, hüquqi
şəxslərə və bələdiyyələrə
dövlət büd- cəsindən vəsaitlər
ayrıldıqda həmin vəsaitlərin
təyinatı üzrə istifadə edil-
məsinə nəzarəti həyata kecirir.
Maddə 3. Hesablama
Palatası haqqında qanunvericilik Hesablama
Palatasının fəaliyyətinin hüquqi
əsaslarını Azərbaycan Respublikasının
Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının
digər qanunları və Hesablama Palatasının
Daxili Nizamnaməsi təşkil edir.
Maddə 4. Hesablama
Palatasının Daxili Nizamnaməsi Hesablama
Palatası öz işinin təşkilini
və tənzimlənməsini Daxili Nizamnamə
əsasında hayata kecirir. Hesablama Palatası
özünun Daxili Nizamnaməsini hazırlayır.
Hesablama Palatasının Daxili Nizamnaməsi
qanunla təsdiq edilir.
II fəsil HESABLAMA
PALATASININ TƏŞKİLİ VƏ FƏALiYYƏTİNİN
ƏSASLARI
Maddə 5. Hesablama
Palatasının üzvləri və onların
səlahiyyət müddəti Hesablama Palatası
sədrdən, sədr müavinindən və
7 auditordan ibarətdir. Hesablama Palatası
sədrinin, sədr müavininin və auditorların
səlahiyyət müddəti 7 ildir. Hesablama
Palatasının üzvləri öz vəzifələrini
bu Qanunda və Hesablama Palatasının Daxili
Nizamnaməsində nəzərdə tutulduğu
kimi yerinə yetirir, dövlətin, fiziki
və hüquqi şəxslərin mənafeyini
qoruyurlar.
Maddə 6. Hesablama
Palatasnın fəaliyyət prinsipləri
Hesablama Palatasının fəaliyyəti
qanunçuluq, sərbəstlik, obyektivlik,
kollegiallıq, aşkarhq və ədalətlilik
prinsiplərinə əsaslanır. Hesablama
Palatasının iclasları onun azı 5
üzvü iştirak etdikdə səlahiyyətlidir.
Hesablama Palatasının hesabatları və
rəyləri onun iclaslarında iştirak
edən üzvlərinin sadə səs çoxluğu
ilə qəbul edilir. Səslər bərabər
bölündükdə Hesablama Palatası
sədrinin səsi həlledici qüvvəyə
malikdir. Hesablama Palatası Milli Məclisin
daimi komissiyaları ilə əlaqəli
işləyir. Hesablama Palatasının Dövlət
büdcəsinin icrasına aid hazırladığı
hesabatlara və rəylərə Milli Məclisdə
müzakira edilənədək Büdcə
məsələləri komissiyasinda baxılır.
Maddə 7. Hesablama
Palatasının üzvlərinə dair
əlavə tələblər Hesablama Palatasının
sədri, sədr müavini və auditorları
başqa dövlətlər qarşısında
öhdəlikləri olan, ağir cinayətlərə
görə məhkum olunmuş şəxslər
ola bilməzlər. Hesablama Palatasının
sədri, sədr müavini və auditorları
dövlət idarəçiliyi, dövlət
nəzarəti, iqtisadiyyat və maliyyə
sahələrində 5 ildən az olmayaraq
iş təcrübəsinə malik olan ali
təhsilli Azərbaycan Respublikasi vətəndaşları
ola bilərlər. Hesablama Palatasının
sədri, sədr müavini və auditorları
elmi, peda- qoji və yaradıcılıq
fəaliyyati istisna olmaqla digər haqqı
odənilən fəaliyyətlə məşgul
ola bilməzlər. Hesablama Palatasının
sədrliyinə və sədr müavinliyinə
namizədlər Azərbaycan Respublikası
Milli Məclisinin sədri, Azərbaycan Respublika-
sının baş naziri, Azərbaycan Respublikasının
maliyyə naziri, Azərbaycan Respublikasının
bas prokuroru, Azərbaycan Respublikası Ali
Məhkəməsinin sədri, Azərbaycan
Respublikasi Iqtisad Məhkəməsinin sədri
və Milli Bankın idarə Heyətinin
sədri ilə birbaşa qohumluq əlaqəsində
ola bilməzlər.
Maddə 8. Hesablama
Palatasının sədri Hesablama Palatasının
sədri Hesablama Palatasının fəaliyyətinə
rəhbərlik edən və onun işini
təşkil edən vəzifəli şəxsdir.
Hesablama Palatasının sədri: Hesablama
Palatasının iclaslarında sədrlik
edir; Hesablama Palatasının Daxili Nizamnaməsinə
uyğun olaraq Hesablama Palatasının sədr
müavini və auditorları arasında
iş bölgüsü aparır; Hesablama
Palatasının səlahiyyətlərinə
aid məsələlərin hazırlanması
və baxılması ilə əlaqadar Hesablama
Palatasının auditorlarının işini
təşkil edir; Azərbaycan Respublikasının
Milli Məclisinə Hesablama Palatasının
işi haqqında ildə iki dəfə
(yaz sessiyasından- aprelin 15-dən gec olmayaraq
və payız sessiyasında - oktyabrın
15-dən gec olmayaraq) hesabat verir; Hesablama
Palatasının səlahiyyətlərinin
icrası ilə bağlı əmrlər
verir; Hesablama Palatasının Aparatına
rəhbərlik edir; Bu Qanunla və Hesablama
Palatasının Daxili Nizamnaməsi ilə
nəzərdə tutulmuş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 9. Hesablama
Palatası sədrinin müavini Hesablama Palatası
sədrinin müavini Hesablama Palatasının
Daxili Nizamnaməsi ilə müəyyən
olunmuş iş bölgüsü əsasında
fəaliyyət göstərir. Hesablama Palatasının
sədri olmadıqda və ya öz vəzifələrini
icra edə bilmədikdə onu əvəz
edir. Hesablama Palatası sədrinin müavini
bu Qanuna və Hesablama Palatasının Daxili
Nizamnaməsinə uyğun olaraq Hesablama
Palatası sədrinin tapşırıqlarının
yerinə yetirməlidir.
Maddə 10. Hesablama
Palatasının auditorları Hesablama Palatasının
auditorları Hesablama Palatasının Daxili
Nizamnaməsi ilə müəyyən olunmuş
iş bölgüsü əsasında fəaliyyət
göstərirlər. Hesablama Palatasının
auditorları bu Qanuna və Hesablama Palatasının
Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama
Palatası sədrinin və onun müavininin
tapşırıqlarını yerinə
yetirməlidirlər.
Maddə 11. Hesablama
Palatası uzvlərinin vaxtından əvvəl
vəzifədən azad olunmaları Hesablama
Palatasının sədri, sədr müavini
və auditorları aşağıdakı
hallarda vaxtından əvvəl vəzifələrindən
azad oluna bilərlər: 1) vəfat etdikdə;
2) vəzifədən azad olunmaq haqqında
ərizə ilə müraciət etdikdə;
3) cinayət törətdikdə və barəsində
məhkəmənin qanuni qüvvəyə
minmiş ittihamedici hökmü olduqda; 4)
Hesablama Palatasının üzvlərinə
dair bu Qanunun 7-ci Maddəsində göstərilən
tələbləri pozduqda; 5) dörd aydan
artıq müddətdə xəstəliyi
ilə əlaqədar vəzifəsini yerinə
yetirilməsinin qeyri-mumkunlüyu haqqında
Hesablama Palatasının təşkil etdiyi
xüsusi hakim komissiyasının rəyi
olduqda; 6) fəaliyyət qabiliyyətsizliyi
və ya məhdud fəaliyyat qabiliyyəti
məhkəmə tərəfindən təsdiq
edildikdə; 7) məhkəmə tərəfindən
olmuş elan edildikdə və ya xəbərsiz
itkin düşmüş elan edildikdə.
Bu Maddənin 1-ci və 7-ci bəndlərində
nəzərdə tutulmuş hallarda Hesablama
Palatasının sədrinin, sədr müavininin
və auditorlarının vaxtından əvvəl
vəzifələrindən azad olunmaları
haqqında sərəncamı Azərbaycan
Respublikası Milli Məclisinin sədri verir.
Bu Maddənin 2-ci, 3-cü, 4-cü, 5-ci və
6-cı bəndlərində nəzərdə
tutulmuş hallarda Hesablama Palatasının
sədrinin, sədr müavininin və auditorlarının
vaxtından avvəl vəzifələrindən
azad olmalar həqqində qərarı "Azərbaycan
Respublikası Milli Məclisinin daimi komissiyaları
haqqında" Azərbaycan Respublikası Qanununda
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikası Milli Məclisi sədrinin təqdimatı
əsasında Azərbaycan Respublikasının
Milli Məclisi qəbul edir.
Maddə 12. Hesablama
Palatasının Aparatı Hesablama Palatasının
Aparatı Hesablama Palatasının fəaliyyətinin
təşkilati, informasiya, maddi-texniki, maliyyə
və təsərrüfat təminatını
həyata keçirir. Hesablama Palatası Aparatının
strukturu, fəaliyyət qaydaları və
işçilərin sayı xərclər
smetası hüdudunda Hesablama Palatası
tərəfindən müəyyən edilir.
Hesablama Palatası Aparatının işçilərinin
fəaliyyəti qanunvericiliklə müəyyən
edilmiş ümumi qaydalarla tənzimlənir.
Hesablama Palatasına müqavilə ilə
işə cəlb olunanlar müqavilə
şərtləri ilə fəaliyyət
göstərirlər.
Maddə 13. Hesablama
Palatasının xərclər smetası
Hesablama Palatasının xərcləri dövlət
büdcəsindən maliyyələşdirilir.
Hesablama Palatasının xərclər smetası
Hesablama Palatasının təqdimatı
ilə Azərbaycan Respublikası Milli Məclisində
novbəti ilin Dövlət büdcəsinə
baxılarkən təsdiq edilir.
Maddə 13-1.
Hesablama Palatasının təminatı Dövlət
Hesablama Palatasının təminatı üzrə
zəruri tədbirləri həyata keçirir.
Hesablama Palatasının sədrinin aylıq
vəzifə maaşı və digər
təminatları Azərbaycan Respublikası
Milli Məclisi sədrinin birinci müavininin
aylıq vəzifə maaşına və
təminatlarına bərabərdir. Hesablama
Palatasının sədrinin müavininin
aylıq vəzifə maaşi və digər
təminatları Azərbaycan Respublikası
Milli Məclisi sədrinin müavininin aylıq
vəzifə maaşına və təminatlarına
bərabərdir. Hesablama Palatasının
auditorunun aylıq vəzifə maaşı
və digər təminatları Azərbaycan
Respublikası Milli Məclisi daimi komissiyası
sədrinin aylıq vəzifə maaşına
və təminatlarına bərabərdir.
Hesablama Palatası Aparatının əməkdaşlarına
Azərbaycan Respublikası Milli Məclisi
Aparatının əməkdaşlarının
vəzifə maaşlarına uyğun vəzifə
maaşları, habelə müvafiq təminatlar
verilir. III fəsil HESABLAMA PALATASININ İŞ
PLANI VƏ SƏLAHİYYƏTLƏRİ
Maddə 14. Hesablama
Palatasının iş planı Hesablama Palatası
fəaliyyətini ozünün iş planı
əsasında həyata keçirir. Hesablama
Palatasının iş planının formalaşmasında
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin və Azərbaycan
Respublikası Milli Məclisinin daimi komissiyalarının
sorğu və təklifləri nəzərə
alınır. Hesablama Palatasının iş
planı Hesablama Palatası tərəfindən
təsdiq olunur.
Maddə 15. Hesablama
Palatasının məlumat almaq Azərbaycan
Respublikasının bütün qanunvericilik,
icra və məhkəmə hakimiyyəti
orqanları, mülkiyyət, təşkilatı-hüquqi
formasından asılı olma- yaraq bütün
müəssisələr, təşkilatlar,
idarələr və onların vəzifəli
şəxsləri Hesablama Palatasının
müraciətləri əsasında bu qanunun
2-ci maddəsində nəzərdə tutulmuş
səlahiyyətlərin yerinə yetirilməsi
üçün ona zəruri olan məlumatları
bir ay müddətindən gec olmayaraq verməlidirlər.
Hesablama Palatasının rəsmi tələbi
ilə bu maddənin birinci hissəsində
göstərilən orqanların, müəssisələrin,
təşkilat və idarələrin vəzifəli
şəxsləri zəruri olan məlumat,
yaxud sənədləri vaxtında təqdim
etməmələrinə və ya bundan boyun
qaçırmalarına, habelə yalan və
ya dürüst olmayan məlumat təqdim
etmələrinə görə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 16.
Hesablama Palatasının maliyyə-büdcə
ekspertizasi keçirmək səlahiyyəti
Azərbaycan Respublikasi Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikasi Milli Məclisi daimi komissiyalarının
sorğuları əsasında Hesablama Palatasının
maliyyə-budcə ekspertizasi keçirmək,
rəy hazırlamaq və təkliflər
vermək səlahiyyəti vardır. Hesablama
Palatası sorğu daxil olduqdan 3 gün müddətində
sorğuya baxır və onun icrası haqqında
qərar qəbul edir. Hesablama Palatası
dövlət büdcəsinin və budcədənkənar
dövlət fondlarının (təsisatlarının)
gəlirləri və xərclərini təhlil
edərkən zərurət yarandıqda
müəssisə və təşkilatlarda
audit apara bilər. Maliyyə-büdcə
ekspertizasi ilə baglı yoxlamalar aparılması
və onların əsasında hesabatların
tərtib və təqdim edilməsi qaydaları
Hesablama Palatasının Daxili Nizamnaməsi
ilə tənzimlənir. Hesablama Palatasının
rəyi və hesabatı yalnız maliyyə-budcə
ekspertizasının nəticələrini
əks etdirməlidir. Hesablama Palatasının
apardığı maliyyə-büdcə
ekspertizalarınin nəticələri Azərbaycan
Respublikasının Milli Məclisinə
təqdim edilən hesabatlarda öz əksini
tapir və yoxlanılmış orqanların,
müəssisələrin, idərələrin,
təşkilatların rəhbərlərinə
çatdırılır. Maliyyə-büdcə
ekspertizası keçirilən zaman Hesablama
Palatasının vəzifəli şəxsləri
obyektlərin operativ fəaliyyətinə
müdaxilə edə bilməzlər və
gəldikləri nəticələri yoxlama
başa çatana və yekunları hesabat
şəklində rəsmiləşdirilənədək
elan edə bilməzlər. Hesablama Palatası
Aparatının vəzifəli şəxsləri
və onun işinə cəlb edilmiş
mütəxəssislər maliyyə-büdcə
ekspertizasi gedişində əldə edilən
məlumatlardan yalnız Hesablama Palatasının
tapşırığı ilə işlərin
yerinə yetirilməsi zamanı istifadə
edə bilərlər. Azərbaycan Respublikası
Prezidentinin və ya Azərbaycan Respublikasi
Milli Məclisinin tapşırığı
olmadan Hesablama Palatasının iş planından
əlavə maliyyə-büdcə ekspertizasi
aparması qadağandır. Sessiyalararası
dövrdə Azərbaycan Respublikası Milli
Məclisinin sədri Hesablama Palatasına
iş planından əlavə yoxlama aparılması
haqqında tapşırıq verə bilər.
Maddə 17. Azərbaycan
Respublikasının dövlət hakimiyyəti
orqanlarının Hesablama Palatasınm fəaliyyatinə
yardım etmələri Azərbaycan Respublikasının
dövlət hakimiyyəti orqanları bu
Qanunla Hesablama Palatasına verilmiş səlahiyyətlərin
həyata keçirilməsinə komək
etməlidirlər. Hesablama Palatası öz
sələhiyyətlərini həyata keçirərkən
qarşılıqlı razıhq əsasında
dövlət hakimiyyəti orqanlarının
nümayəndələrini, habelə müqavilə
əsasında müstəqil auditorları,
ayri-ayrı mütəxəssisləri cəlb
edə bilər.
Maddə 18. Hesablama
Palatası üzvlərinin məsuliyyəti
Hesablama Palatasının üzvləri bu
Qanunla və Hesablama Palatasının Daxili
Nizamnaməsi ilə nəzərdə tutulmuş
vəzifələri yerinə yetirmədikdə
və ya iş planında müəyyən
olunduğu kimi yerinə yetirmədikdə
Azərbaycan Respublikasının qanunvericiliyinə
və Hesablama Palatasının Daxili Nizamnaməsinə
müvafiq məsuliyyət daşıyırlar.
IV fəsil YEKUN MÜDDƏALARI
Maddə 19. Hesablama
Palatasının fəaliyyətinə müdaxilə
edilməsinin yolverilməzliyi Hesablama Palatasının
fəaliyyətinə qanuna zidd müdaxilə
etmək yolverilməzdir. Hesablama Palatasının
sədrinin, sədr müavininin və auditorların,
habelə Hesablama Palatası Aparatının
vəzifəli şəxslərinin xidməti
vəzifələrini yerinə yetirmələri
ilə ələqədar onlara mane olmaq,
təzyiq göstərmək Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş məsuliyyətə səbəb
olur.
Maddə 19-1.
Hesablama Palatasının uzvlərinin hüquqi
statusuna zəmanətlər Hesablama Palatasının
sədri, onun müavini və Hesablama Palatasının
auditorları səlahiyyət müddəti
ərzində onları Hesablama Palatasına
vəzifəyə təyin etmiş Azərbaycan
Respublikasi Milli Məclisinin razılığı
olmadan tutula, həbsə alına, cinayət
məsuliyyətinə cəlb edilə bilməz,
onlar barəsində məhkəmə qaydasında
inzibati tənbeh tədbirləri tətbiq
edilə bilməz, axtarışa məruz
qala bilməz, şəxsi müayinə
edilə bilməz. Hesablama Palatasının
sədri, onun müavini və Hesablama Palatasının
auditorlarına qarşi cinayət işi
yalnız Azərbaycan Respublikasi baş prokurorunun
taqdimatına əsasən qaldırıla
bilər. Dövlət tərəfindən
Hesablama Palatasının sədri, onun müavini
və auditorlarının peşəkar fəaliyyətinin
sərbəstliyinə təminat verilir.
Maddə 20. Beynəlxalq
əlaqələr Hesablama Palatası xarici
dövlətlərdə uyğun funksiyaları
həyata keçirən orqanlarla və onların
beynalxalq təşkilatları ilə əlaqə
saxlayır, onlarla əmakdaşlıq edir.
Maddə 21. Hesablama
Palatasının fəaliyyəti barədə
məlumatların verilməsi Hesablama Palatasi
öz fəaliyyəti barədə müntəzəm
olaraq kütləvi informasiya vasitələrinə
məlumat verir. Hesablama Palatasının
fəaliyyəti barədə hesabatlar Azərbaycan
Respublikasının Milli Məclisinə
təqdim edilir və "Azərbaycan Respublikasi
Milli Məclisinin Məlumatı"nda idarə
olunur.
Maddə 22. Hesablama
Palatasının fəaliyyətə başlaması
Ilk dəfə təşkil edilən Hesablama
Palatası onun sədrinin, sədr muavininin
və azi 4 auditorunun vəzifəyə təyin
edildiyi gündən fəaliyyətə
başlayır. İNVESTİSİYA FONDLARI
HAQQINDA Azsrbaycan Respublikasının 1999-cu
il 30 noyabr tarixli 766-IQ saylı Qanunundan ç
ı x a r ı ş
Maddə 28. Investisiya
fondunun auditoru 1. Investisiya fondu ozünün
maliyyə sanədləşməsi və
hesabatlarını yoxlamaq üçün
ildə 2 dəfədən az olmayaraq auditor
cəlb etməlidir. 2. Investisiya fondunun afilə
edilmiş şəxsi onun auditoru təyin
edilə bilməz. PROKURORLUQ HAQQINDA Azərbaycan
Respublikasının 1999-cu il 7 dekabr tarixli
767-IQ sayh Qanunundan ç ı x a r ı ş
Maddə 20. Prokurorluqda
ərizə, şikayət və müraciətlərə
baxılması Prokurorluqda qanunla müəyyən
edilmiş qaydada və səlahiyyətləri
daxilində ərizə, şikayət və
müraciətlərə baxılır,
vətəndaşların qəbulu həyata
keçirilir. Cinayət barədə ərizə,
şikayət və muraciətlərə
təxirə salınmadan baxılır.
Bu hallarda müvafiq prokuror qanunla nəzərdə
tutulmus səlahiyyətləri çərçivəsində
ərizə, şikayət və muraciətlərdə
göstərilən faktların yoxlanılması
məqsədi ilə, dövlət orqanlarından
və ya audit təşkilatlarından mütəxəssisin
ayrılmasını təmin edir və araşdırılan
faktların cinayət işinin başlanmasına
kifayət qədər əsas verib-verməməsindən
asılı olaraq müvafiq qərar qəbul
edir...
BƏLƏDİYYƏLƏRİN
MALİYYƏSİNİN ƏSASLARI HAQQINDA
Azərbaycan Respublikasının 1999-cu il
7 dekabr tarixli 772-İQ sayh Qanunundan ç
ı x a r ı ş
Maddə 13. Yerli
büdcəyə nəzarət Yerli büdcənin
icrasına, o cumlədən sərf edilən
vəsaitin təsdiq edilmiş büdcə
göstəricilərinə uyğunluğuna
bələdiyyə nəzarət edir və
bu məqsədlə müstəqil auditorlari
cəlb etmək huququna malikdir. Azərbaycan
Respublikasının 1999-cu il 28 dekabr tarixli
779-IQ saylı Qanunu ilə təsdiq edilmişdir
AZƏRBAYCAN
RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİ
( Ç ı x a r ı ş )
Maddə 91. Məhdud
məsuliyyətli cəmiyyətdə idarəetmə
...
91.4. Məhdud
məsuliyyətli cəmiyyət illik maliyyə
hesabatının düzgünlüyünü
yoxlatmaq üçün hər il əmlak
mənafeləri ilə cəmiyyətə
və ya onun iştirakçılarına
bağlı olmayan peşəkar auditor cəlb
etməlidir (kənar audit). Cəmiyyətin
illik maliyyə hesabatınının auditor
yoxlanışı hər hansı iştirakçının
tələbi ilə də aparıla bilər.
Bu halda auditor yoxlanışı həmin
yoxlamanı tələb edən iştirakçının
hesabına aparılır. Cəmiyyətin
fəaliyyətinin auditor yoxlanışlarının
aparılması qaydası qanunvericilik və
cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
Maddə 107.
Səhmdar cəmiyyətində idarəetmə
...
107.6. Bu Məcəllənin
99-cu maddəsində göstərilən
sənədlərin dərci zamanı səhmdar
cəmiyyəti illik maliyyə hesabatının
yoxlanılması üçün əmlak
mənafeləri ilə cəmiyyətə
və ya onun istirakçilarına baglı
olmayan peşəkar auditoru cəlb etməyə
borcludur. Nizamnamə kapitalında məcmu
payı on faiz və ya daha çox olan sahmdarların
tələbi ilə səhmdar cəmiyyətinin
fəaliyyətinin auditor yoxlanışı
hər bir vaxt keçirilməlidir. Səhmdar
cəmiyyətinin fəaliyyətinin auditor
yoxlanışının keçirilməsi
qaydası qanunvericilik və cəmiyyətin
Nizamnaməsi ilə muəyyənləşdirilir.
Maddə 115.
Fondlar ... 115.3. Fond öz əmlakından
istifadə haqqında hesabatları hər
il idarə etməyə borcludur.
Maddə 126.
Audit 126.1. Bu Məcəllə ilə tələb
edilən hallarda və ümumiyyətlə,
həcmləri 122.1-ci Maddəda göstərilənlərdən
yüksək olan hər bir hüquqi şəxsin,
qoşma da daxil olmaqla, illik balansi auditor tərəfindan
yoxlanılmalıdır. Auditor yoxlamanın
nəticələri haqqında yazılı
hesabat tərtib etməlidir. Hesabatda mühasibat
uçotunun, illik balansını və qoşmanın
qanuni göstərişlərə uyğun
gəlib-gəlmədiyi və hüquqi şəxsin
qanuni təmsilçilərinin auditor tərəfindən
tələb olunan izahatları və təsdiqləyici
sənədləri təqdim edib-etmədikləri
xüsusi qeyd olunmalıdır. Auditor hesabatı
imzalaylb hüquqi şəxsin işlərinin
idərə edilməsinə cavabdeh olan şəxslərə
təqdim etməlidir.
126.2. Əgər
yoxlamanın yekun nəticəsinə görə
heç bir irad yoxdursa, auditor bunu belə bir
qeydlə təsdiq etməlidir: "Qulluq borcumla
əlaqədar apardiığım (apardiığımız)
yoxlama ilə muəyyənləşdirilmişdir
ki, mühasibat uçotu və illik balans qanuni
göstörişlərə və Nizamnamənin
müddəalarına uyğundur. Lazımi
mühasibat uçotu baxımından illik
balans hüquqi şəxsin amlak, maliyyə
vəziyyətinin və gəlirliyinin faktik
münasibətlərə uyğun olan mənzərəsini
yaradır". Əgər əlavə qeydlər
edilməsi zəruridirsə, onda yoxlamanın
məzmunu və təsdiqləyici qeydin mənası
haqqında yanlış təəssürrata
yol verməmək üçün təsdiqləyici
qeyd tamamlanır.Əgər iradlar vardırsa,
auditor ya təsdiqləyici qeydi ixtisar edir
ya da ondan imtina edir.
126.3. Yoxlama
aparılmadıqda illik balans qəbul edilmir.
Əgər hüquqi şəxsin işlərinin
idarə edilməsinə cavabdeh olan şəxslər
yoxlama haqqında hesabat onlara təqdim edildikdən
sonra illik balansı və ya qoşmanı
dəyişdirərlərsə, onda auditor
illik balansı və qoşmanı, dəyişiklik
bunu tələb edirsə, yoxlamalıdır.
Auditor təsdiq haqqında öz qeydini və
ya təsdiqləmədən imtina haqqında
qeydini imzalayaraq olduğu yeri və tarixi
göstərir. Təsdiqləmə haqqında
qeyd və yə təsdiqləmədən
imtina haqqında qeyd də yoxlama haqqında
hesabata daxil edilir.
126.4. Illik balansın
auditorunu hüquqi şəxsin üzvlərinin
yığıncağı seçir. Auditor
müvafiq surətdə yoxlamalı olduğu
təsərrüfat ilinin sonunadək seçilir.
Seçkidən dərhal sonra hüquqi şəxsin
işlərinin idarə edilməsinə
cəvabdeh olan şəxslər auditora yoxlama
tapşırığı verməlidirlər.
126.5.Azərbaycan
Respublikasinda auditor fəaliyyəti ilə
məsğul olmağa icazə almiş müstəqil
auditorlar və auditor təşilatları
auditor ola bilərlər. Birbaşa, dolayısı
ilə və ya özgə əmlakının
idarəçiləri kimi hüquqi şəxsdə
payları olan və ya hüquqi şəxsin
kitablarının tərtibi və ya yoxlanmalı
olan illik balansının tutulması zamanı
öz yoxlamasının çərçivəsindən
kənara çıxan fəaliyyətdə
iştirak etmiş şəxslər hüquqi
şəxsin auditoru ola bilməzlər.
126.6. Auditor,
onun assistentləri və təftiş firmasının
yoxlamada iştirak edən təmsilçiləri
auditi vicdanla və qərəzsiz aparmalı
və sirri saxlamalıdırlar. Onlar iş
zamanı özlərinə bəlli olan
təsərrüfat fəaliyyəti sirrindən
istifadə edə bilməzlər. Bilərəkdən
və ya ehtiyatsızlıq üzündən
öz vəzifələrini pozanlar bununla
əlaqədar yaranan zərərin əvəzini
hüquqi şəxsə odəməyə
borcludurlar.
Maddə 1077.
Səhm anlayışı və onun məzmunu
...
1077.3. Səhmlər
yalnız emissiya prospekti əsasında açıq
əbunə yazılışı üçün
buraxıla və ya birjaya çıxarıla
bilər. Emissiya prospektində aşağıdakı
məlumatlar olmalıdır:
1077.3.1. Hüquqi
şəxslərin dövlət reyestrində
emitent barəsində olan məlumatlar;
1077.3.2. Səhmlərin
miqdarını, nominal dəyərini və
novlərini, habelə səhmlərin ayrı-ayrı
kateqoriyalarının imtiyazlarını
göstərməklə, səhmdar kapitalının
miqdarı və tərkibi;
1077.3.3. Kapitalın
icazə verilmiş və ya şərtləsdirilmiş
artırılması haqqında qərarlar;
1077.3.4. Sabit
dividendli səhmlərin və ya dividend kuponlarının
miqdarı və bunlardan irəli gələn
huquqların məzmunu; 1077.3.5. Müstəqil
auditorun auditor hesabatı ilə birlikdə,
emitentin sonuncu balansı və toplu maliyyə
hesabatı, habelə balansın tərtib
edildiyi gündən 6 aydan çox keçdikdə,
auditorun yoxladığı aralıq balanslarının
məzmunu;
1077.3.6. Emitentin
təsis edildiyi andan bəri və ya emitentin,
heç olmasa, son 5 maliyyə ilində odənilmiş
dividendlər;
1077.3.7.Səhmdar
cəmiyyətini idarəetmə orqanının
yeni səhmlərin buraxılışı
haqqında qərarı.
KREDİT İTTİFAQLARI
HAQQINDA Azərbaycan Respublikasının 2000-ci
il 2 may tarixli 876-IQ sayh Qanunundan Ç ı
x a r ı ş Maddə 13. Kredit ittifaqının
fəaliyyətinə nəzarət ...4.
Müşahidə şurasının üzvlərindən
biri auditorluq təcrübəsinə malik
olmalıdır. Müvafiq təcrübəyə
malik üzv olmadıqda müqavilə ilə
auditor cəlb oluna bilər.
Azərbaycan
Respublikasının 2000-ci il 11 iyul tarixli
905-IQ saylı Qanunu ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİ
( Ç ı x a r ı ş )
Maddə 16. Vergi
ödəyicisinin ...
16.1.4. Vergi orqanlarına
qanunvericiliklə müəyyən edilmiş
hallarda və qaydada, auditor tərəfindən
təsdiq olunmaqla təqdim edilməsi nəzərdə
tutulduğu hallarda isə auditor rəyi əlavə
edilməklə, vergi hesabatını təqdim
etmək...
Maddə 72. Vergi
hesabatının verilməsi qaydası ...
72.4. Vergi odəyicisinin
vergi hesabatının tərtib edilməsində
müstəqil auditor iştirak edirsə,
o, vergi hesabatını imzalamalı, mohür
vurmalı və öz vergi odəyicisinin
eyniləşdirmə nömrəsini göstərməlidir.
Hesabatı bir nəfərdən çox tərtibatçı
hazırlayırsa, onu ancaq baş tərtibatçı
imzalayır.
YERLİ (BƏLƏDİYYƏ)
VERGİLƏR VƏ ÖDƏNİŞLƏR
HAQQINDA Azsrbaycan Respublikasının 2001-ci
il 27 dekabr tarixli 244-11 Q saylı Qanunundan
ç ı x a r ı ş
Maddə 12. Yerli
vergi və ödənişlərin yığılmasına
və istifadəsinə nəzarət ...12.2.
Zəruri hallarda yerli vergi və ödənişlərin
yığılmasına və onlardan istifadə
edilməsinə nəzarət məqsədilə
bələdiyyələrin qərarına
əsasən müvafiq yoxlamaların apanlması
üçün müstəqil auditorlar cəlb
oluna bilər.
İCBARİ
EKOLOJİ SIĞORTA HAQQINDA Azərbaycan Respublikasının
2002-ci il 12 mart tarixli 271-11 Q saylı Qanunundan
Ç ı x a r ı ş
Maddə 7. Ekoloji
sığorta müqaviləsi ...7.3. Ekoloji
sigorta müqaviləsi bağlanan zaman sığortalının
ekoloji auditi aparıla bilər. Müqavilədə
başqa hal nəzərdə tutulmamışsa,
ekoloji audit sığortalının hesabına
aparılır. Tərəflərdən
hər hansı birinin təşəbbüsü
ilə və onun hesabına da ekoloji audit
aparıla bilər.
AZƏRBAYCAN
RESPUBLİKASININ DÖVLƏT İDARƏETMƏ
SİSTEMİNDƏ İSLAHATLAR APARILMASI
ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ
YARADILMASI HAQQINDA Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 29 dekabr tarixli 53 saylı
fərmanından ç ı x a r ı ş
Hal-hazırda
cəmiyyətin demokratikləşdirilməsi
və bazar münasibətlərinin daha da
inkişaf etdirilməsi üçün dövlət
idaraetməsində köklü islahatlar
aparılması prinsipial əhəmiyyət
kəsb edir. Bu sahədə islahatlar dövlət
idarəetməsinin səmərəliliyini
artırmalı, iqtisadiyyatının tarazlaşdırılmış
tənzimlənməsi məqsədi ilə
zəruri təsisatların formalaşdırılmasını,
ölkə iqtisadiyyatının dünya
iqtisadi sisteminə inteqrasiya olunmasını
sürətləndirmək məqsədi
ilə iqtisadi fəaliyyət üçün
beynəlxalq standartlara cavab verən idarəetmə
sisteminin və hüquqi baza yaradılmasını
təmin etməlidir. Eyni zamanda bu məqsədlər
üçün dövlət xərclərinin
şəffaf tənzimlənməsi mexanizminin
formalaşdırılmasını, audit
və dövlət idarəetmə (o cümlədən
dövlət qulluğu) sisteminin yenidən
qurulması, iqtisadiyyatın idarə olunmasının
təsisat sisteminin təkmilləşdirilməsi,
hüquqi və məhkəmə islahatlarının
apanlması sistemli yanaşma əsasında
kompleks şəklində həyata keçirilməlidir.
Dövlət idarəetmə sistemində
islahatların böyük əhəmiyyət
kəsb etdiyini və miqyasını nəzərə
alaraq, bu islahatların həyata keçirilməsini
təmin etmək məqsədi ilə qərara
alıram: 1. Azərbaycan Respublikasının
dövlət idaraetmə sistemində islahatlar
aparılması üzrə dövlət
komissiyasi yaradilsın. 2. Dövlət komissiyasının
tərkibində aşağıdakı istiqamətlər
üzrə 4 isçiqrupu yaradılsın:
dövlət xərclərinin idarə olunması
sisteminin yenidən qurulması; audit sisteminin
islahatı; dövlət idarəetmə
sisteminin islahatı; hüquq və məhkəmə
sisteminin islahatı...
"ƏTRAF MÜHİTİN
MÜHAFİZƏSİ HAQQINDA" AZƏRBAYCAN
RESPUBLİKASI QANUNUNUN İCRASININ TƏMİN
EDİLMƏSİ BARƏDƏ Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust
tarixli 392 saylı fərmanından ç
ı x a r ı ş
1. Müəyyən
edilsin ki; ... həmin Qanunun 76-cı maddəsinin
2-ci hissəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Auditorlar Palatası həyata keçirir. Azsrbaycan
Respublikası Prezidentinin 2000-ci il 10 avqust
tarixli 383 saylı fərmanı ilə təsdiq
edilmişdir
AZƏRBAYCAN
RESPUBLİKASINDA DÖVLƏT ƏMLAKININ
ÖZƏLLƏŞDİRİLMƏSİNİN
DÖVLƏT PROQRAMI ( Ç ı x a r ı
ş )
5. Orta və
iri dövlət müəssisələrinin
səhmdar cəmiyyətlərinə çev-
rilməsi və özəlləşdirilməsi.
...
5.5. Dövlət
muəssisəsinin səhmdar cəmiyyətinə
çevrilməsi haqqında müvafiq qərar
qəbul edildiyi gündən etibarən ən
geci 3 (üc) ay müddətində, bu bölmənin
5.4-ci bəndində göstərilən
sənədlər təqdim edilməzsə,
Dövlət Əmlakı Nazirliyinin gələn
ilə komissiya yaradılır. Komissiya ilkin
sənədlər və müəssisənin
balansı əsasında müvafiq sənədləri
hazırlayır. Zəruri hallarda komissiya
öz işinə müstəqil ekspertləri
və auditorları cəlb edə bilər.
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 23 dekabr
tarixli 432 saylı fərmanı ilə təsdiq
edilmişdir
DÖVLƏT
MÜƏSSİSƏSINİ OZƏLLƏŞDİRMƏ
KOMİSSİYASININ FƏALİYYƏTİ
HAQQINDA ƏSASNAMƏ ( C ı x a r ı
ş )
4. Dövlət
müəssisəsini özəlləşdirmə
komissiyasının hüquqları 4.1. Komissiyanın
aşağıdakı hüquqları vardır:
zəruri hallarda öz işinə müstəqil
auditor, ekspert və məsləhətçi
cəlb etmək...
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci iI 29 dekabr
tarixli 434 saylı fərmanı ilə tesdiq
edllmişdir
AZƏRBAYCAN
RESPUBLİKASININ DÖVLƏT NEFT FONDU HAQQINDA
ƏSASNAMƏ ( Ç ı x a r ı ş
)
5. Fondun idarə
edilməsi ... 5.3. Fondun icraçı direktoru:
... Azərbaycan Respublikası Prezidentinin
təyin etdiyi auditor tərəfindən
auditin keçirilməsi üçün zəruri
şəraitin yaradılmasını təmin
edir fondun illik fəaliyyətinin nəticələrini
əks etdirən auditor rəyini mətbuatda
dərc etdirir...
AKTİV VƏ
PASSİVLƏRİNDƏ VERİLƏN
MADDƏLƏRİ ÜMUMİ MƏBLƏĞDƏ
GÖSTƏRƏCƏK HÜQUQİ ŞƏXSLƏRİN
BALANSININ VƏ DÖVRİYYƏDƏN MƏDAXİLİNİN
SON MƏBLƏĞLƏRİNİN MÜƏYYƏN
EDİLMƏSİ BARƏDƏ Azdrbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci
il 5 aprel tarixli 77 saylı qərarından
ç ı x a r ı ş "
Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli
fərmanının 3-cü bəndinin 2-ci
yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır: 1. Aktiv və passivlərində
verilən maddələri, sonrakı bölgünü
aparmadan, yalnız ümumi məbləğdə
göstərəcək hüquqi şəxslərin
yekun gününədək on iki ay ərzində
balansının son məbləği beş
milyard manat və dövriyyədən mədaxilinin
son məbləği iki milyard beşyüzmilyon
manat müəyyən edilsin. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci
il 22 fevral tarixli 41 saylı Qərarı
ilə təsdiq edilmişdir
EKOLOJİ AUDİTOR
FƏALİYYƏTİNİN APARILMASI QAYDALARI
1. Ekoloji auditor fəaliyyəti ilə məşğul
olmaq hüququ
1.1. Ekoloji auditor
- xüsusi razılığa (lisenziyaya)
əsasən ekoloji auditor fəaliyyəti
göstərmək hüququna malik olan hüquqi
və ya fiziki şəxsdir.
1.2. Ekoloji auditor
fəaliyyəti ilə məşgul olmaq
huququnu almaq üçün xususi razılıq
(lisenziya) Azərbaycan Respublikası Prezidentinin
fərmanı ilə müəyyənləşdirilmiş
icra hakimiyyəti orqanı tərəfindən
verilir.
1.3. Xarici auditorlar
və auditor təşkilatları ekoloji
auditin aparılmasına və məsləhətlərin
verilməsinə cəlb edilə bilərlər.
2.Ekoloji auditin
obyektləri Ekoloji auditin obyektləri ətraf
muhitin təbiət istifadəçiləri
tərəfindən istifadə olunan bütün
komponentləri (atmosfer havası, su obyektləri,
bitki ortüyü, heyvanat aləmi və
torpaq ortüyü), ətraf mühitə
zərərli təsir edən müəssisələr
və fərdi fəaliyyət nəticəsində
ətraf muhitə vurulan zərərli təsir
sahələridir.
3.Ekoloji auditorun
məqsədi Ekoloji auditorun məqsədi
ekoloji təhlükəsizliyin təmin olunması
məqsədi ilə təbiətdən
istifadəçilərin fəaliyyətinin
Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə, ekoloji norma və standartlara
uyğunluğunu müstəqil surətdə
yoxlamaq, onlara fəaliyyətinin səmərəli
təşkili və ekoloji siyasətinin uyğunlaşdırılması
ilə baglı zəruri məsləhətlər
vermək, kömək göstərməkdir.
4.Ekoloji auditorun
vəzifələri Ekoloji auditorun vəzifələri
aşağıdakılardır:
4.1.Ekoloji auditin
aparılmasında Azərbaycan Respublikası
qanunvericiliyinin tələblərinə riayət
etmək;
4.2. Auditor yoxlamalarını
və zəruri məsləhət xidmətlərini
mövcud qanunvericilik üzrə keyfiyyətli
həyata keçirmək;
4.3. Yoxlanılan
təsərrüfat subyektində şəxsi
əmlak mənafeyi, qarşılıqlı
iqtisadi və işgüzar maraqları, əlaqələri
müəyyənləşdikdə, müəssisə
rəhbərliyindən hər hansı bir
şəxslə birbaşa qohumluq əlaqəsi
olduqda, bundan əvvəl orada öz peşə
fəaliyyəti ilə bağlı xidmətlər
göstərdikdə auditin aparılmasında
iştirakın qeyri-mümkünlüyü
barədə dərhal sifarişçiyə
(səlahiyyətli dövlət orqanına)
xəbər vermək;
4.4. Mülkiyyət
formasından asılı olmayaraq təbiətdən
istifadəçilərin təbii resurslardan
istifadə və onun bərpası ilə
bağlı maliyyə-təsərrufat fəaliyyətinin
auditini aparmaq;
4.5. Ekoloji auditin
aparılması zamanı aşkar edilmiş
bütün pozuntular, maliyyə-mühasibat
uçotunun aparılması və hesabatların
tərtibi, ekoloji tələblərə
əməl olunmaması ilə bağlı
nöqsanlar haqqında sifarişçinin
rəhbərliyinə rəsmi məlumat
vermək;
4.6. Təbiətdən
istifədəçilərin tələbi
ilə aparılan ekoloji audit zamanı əldə
edilən məlumatları (məhkəmə
orqanlarının tələb etdiyi hallar
istisna olmaqla) məxfi saxlamaq;
4.7. Yoxlama zamanı
alınmış və ya tərtib edilmiş
sənədlərin qorunub saxlanılmasını
təmin etmək;
4.8. Təbiətdən
istifadəçilərin tələbi ilə
onlara audit aparılmasına dair qanunvericiliyin
tələbləri, tərəflərin
hüquq və vəzifələri, habelə
auditorun rəyində olan irad və nəticələri
əsaslandıran normativ aktlar barəsində
ətraflı məlumatlar vermək.
5. Ekoloji auditor
fəaliyyətinin Ekoloji auditor fəaliyyəti
Azərbaycan Respublikasının "ətraf
mühitin mühafizəsi haqqında" Qanunu,
bu qayda və digər normativ hüquqi aktlarla
tənzimlənir.
6. Ekoloji auditorun
hüquqları Ekoloji auditorun hüquqları
aşağıdakılardır:
6.1. Müvafiq
qanunvericiliyə uyğun olaraq təbiətdən
istifadəçilər və digər sifarişçilərlə
bağlanmış müqavilələrin
şərtlərinə uyğun olaraq auditin
forma və metodlarını sərbəst
müəyyənləşdirmək; Ekoloji
audit aparılan təsərrüfat subyektlərinin
ekoloji ve maliyyə-təsərrüfat fəaliyyətinə
dair bütün sənədlərlə
(o cümlədən kənar hüquqi şəxslərdə
saxlanılan sənədlərlə) tanış
olmaq və lazım olan məlumatlar almaq;
6.3. Ekoloji audit
aparılan təsənüfat subyektlərinin
rəhbərliyindən və digər isçilərindən
yazılı izahat almaq;
6.4. Səlahiyyətli
dövlət orqanlarının sifarişi
ilə ekoloji auditor xidməti göstərərkən
müəyyən edilmiş nöqsan və
pozuntular haqqında onlar qarşısında
məsələ qaldırmaq;
6.5. Ekoloji auditin
keçirilməsinə müqavilə əsasında
başqa auditorları, mütəxəssisləri
cəlb etmək;
6.6. Yoxlanılan
təbiətdən istifadəçi müəssisə
və təşkilat tərəfindən
audit üçün lazim olan sənədlərin
təqdim edilməməsi hallarında yoxlamanı
kecirməkdən imtina etmək.
7. Ekoloji auditor
fəaliyyətinin aparılması
7.1. Ekoloji audit
təbiətdən istifadəçi ilə
ekoloji auditor arasında bağlanılmış
müqaviləyə əsasən aparılır.
7.2. Ekoloji auditor
öz işini yoxlama üçün tələb
olunan ekoloji normativ sənədlər, təlimatlar,
yoxlanılan obyektin texniki sənədləri
əsasında qurur.
7.3. Ekoloji auditor,
lazım olarsa, yoxlama prosesində ekoloji laboratoriya
xidmətindən və ya digər texniki
yardımlardan istifadə edir.
7.4. Ekoloji auditor,
yoxlamanın xüsusiyyətindən asılı
olaraq müəyyən sahələr üzrə
mütəxəssis tələb olunarsa,
kənar təşkilatlardan ekspert dəvət
edir.
7.5. Ekoloji auditor
müəssisənin gərgin ekoloji sahələrində
aparılan tədbirlərin yaxşılaşdırılmasına
daha diqqətli olmalı və ətraf mühitə
zərərli təsirin mümkün qədər
azaldılmasına nail olmalıdır.
7.6. Ekoloji auditor
müəssisə rəhbərlərinə
və mütəxəssislərinə məsləhətlər
verməli, bu məsləhətlər müəssisənın
gələcək ekoloji siyasətində
öz müsbət əksini tapmalıdır.
7.7. Ekoloji auditin
nəticəsi auditor rəyi şəklində
sifarişçiyə təqdim olunur.
7.8. Səlahiyyətli
dövlət orqanlarının qararına
əsasən keçirilmis yoxlamanın nəticələrini
əks etdirən ekoloji auditor rəyi Azərbaycan
Respublikasının prosessual qanunvericiliyinə
uyğun olaraq təyin edilmiş ekspertizanın
rəyi ilə barəbər tutulur.
7.9 Ekoloji auditor
tərəfindən müqavilə üzrə
yerinə yetirilmiş iş sifarisçiyə
akt əsasında təqdim olunmaqla rəsmiləşdirilir.
8. Ekoloji auditorun
məsuliyyəti Ekoloji auditor qanunvericiliklə
müəyyən olunmuş qaydada məsuliyyət
daşıyır.