Balans Audit





Xəbərlər

Qanunvericilik

Faydalı

Sual-cavab

Əlaqələr




EnglishRussian    Bizim haqda    Tarix    Xidmətlər  
                                                                                           AZƏRBAYCAN RESPUBUKASI      Naxçıvan MR Vergilər Nazirinə,
VERCİLƏR NAZİRLİYİ                   Vergilər Nazirliyi yanında İri vergi
NAZİR                                            ödəyiciləri və xüsusi vergi rejimli
                                                      müəssisələr ilə iş üzrə                   
                                                      Departamentin,
AZERBAIJAN REPUBLIC                Bakı şəhəri Baş Vergilər İdarəsinin,
MINSTRY OF TAXES                      Ərazi Vergilər İdarələrinin
M I N I S T E R                              rəislərinə
 
08/0125-25/742-1/10 17 aprel 2002-ci il
 
    Vergi ödəyicilərindən daxil olan şikayət və müraciətlər göstərir ki, bəzi yerli vergi orqanlarında Vergilər Nazirinin 28 mart 2002-ci il tarixli 13/01-25/1041-867 saylı məktubunun tələblərinə lazımınca əməl oiunmur, vergi hesabatlannın qəbulu müəyən edilmiş qaydada apanlmır, əsassız olaraq bütün hallarda vcrgi hcsabatınm auditor rəyi əlavə edilməklə vergi orqamna təqdim edilməsi tələb olunur və auditor rəyi əlavə olunmayan vergi ödəyicilərinin ınənfəət vergisinin bəyannaməsi qəbul olunmur.
   Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən auditor tərəfındən təsdiq olunmaqla təqdim edilməsi nəzərdə tutulduğu hallarda auditor rəyi əlavə cdilməklə vergi hcsabatınm vergi orqamna təqdim edilməsi vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir və Vergi Məcəlləsində auditor rəyinin təqdim olunrnamasına görə hesabatların qəbulunun və vergilərin hesablanmasının dayandırılması nəzərdə tutulmamışdır.
    Göstərilənlərə ciddi əməl olunmasını, bütün hallarda vergi ödəyicilərindən vergi hesabatlarınm qəbul edilməsini və bu barədə çox qısa müddətdə bildiriş göndərməklə bütün vergi ödəyicilərinin məlumatlandınlmasım Siz.ə tapşınram.
 
 
 
II dərəcəli dövlət vergi xidməti müşaviri
F. Məmmədov
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBUKASI      Naxçıvan MR Vergilər Nazirinə,
VERCİLƏR NAZİRLİYİ                   Vergilər Nazirliyi yanında İri vergi
NAZİR                                            ödəyiciləri və xüsusi vergi rejimli
                                                      müəssisələr ilə iş üzrə                   
                                                      Departamentin,
AZERBAIJAN REPUBLIC                Bakı şəhəri Baş Vergilər İdarəsinin,
MINSTRY OF TAXES                      Ərazi Vergilər İdarələrinin
M I N I S T E R                              rəislərinə
 
 
 13/01-25/1041-867
18 mart 2002-ci il
 
  Vergilər Nazirliyinin 21 yanvar 2002-ci il tarixli 08/01-25/70-197 saylı məktubu ilə qanunvericiliklə müəyyrən edilən hallarda maliyyə hesabatları auditor tərəfindən yoxlanılmalı olan müəssisə və təşkilatlardan mənfəət veıgisinin bəyannaməsinə audıtor rəyinin edilməsinin tələb olunrnası barədə yerli vergi orqanlarına müvafiq tapşırıq verilmişdir.
  Vergi ödəyiçilərindən daxil olmuş çoxsaylı müraciyətlər əsasında müəyyən edilmişdir ki, vergi orqanları tərəfindən əsassız olaraq, vergi hesabatlarının müəyyən edilmiş qaydada qəbulu aparılmır və bütün hallarda auditor rəyi əlavə edilməklə vergi hesabatənən vergi orqanına təqdım edilməsı tələb olunur.  
  Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Rcspublikasinın Vergi Məçəlləsinin 16. 1.4-cü maddəsində əsasən audıtor tərəfındən təstiq olunmaqla təqdim edilməsi nəzərdə tutldugu hallarda, auditor r.yi əlavə etməklə vergi hesabatının vergi orqanına təqdim edilməsi vergi hesabatlatının vergi orqanına təqdim edilməsi vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
  Vergi Məcəlləsində auditor rəyinin tşqdim olunmasına görə hesabatların qəbulunun və vergilşrin hesablamasının dayandırılması nəzərda tutulmamışdır.
 Göstərilənləri icra etmək Sizə tapşırılır.
 
 İİ dərəcəli dövlşt vergi Xidməti müşaviri
F. Məmmədov
 
 
 
 
            Azərbaycan Respublikasi İqtisadi İnkişaf Nazirliyi
           Dövlət Əmlakinin Özəlləşdirilməsi Departamenti
 
 fayl-05-2/560
 01 fevral 2002-ci il
 
  Azərbayçan Respublikasının Mülki Məcəlləsinin və səhmdar cəmiyyətinin müddəalarına əsasən, təsərrüfat ili başa çaldıqdan sonra cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti və illik balansı yoxlanılaraq İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentinin səlahiyətli nümayəndəsinin iştirakı ilə səhmdarlarin ümumi yıgincaginda müzakirə olunmalıdır. 2001-çi təsarrüfat ili başa çatdıgı üçün səhmdar cəmiyyəti illik əmlak əmlak mənafeləri ilə cəmiyyəta bağli olmayan peşəkar auditoru cəlb etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə auditor yoxlaması aparilmadıqda illik balabs qəbul edilmir.
 Bununla vanaşı səhmdar cəmiyyəti maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən illik manfəətdən malik olduqlari səhmlərin müqabilində səhmdarlara dividendlər səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinin xüsusi hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankı, hesab № 315846AZM320601, VÖEN 200087101 və ya Azərbaycan Respublikası Milli Bankı, hesab №0132010001031 VÖEN 200087101) kəçörölməsini təmin etmənizi xahiş olunur.
 
 Direktor                    K Həsənov
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLIKASI
VERGİLƏR NAZİRLİYİ
N A Z I R
 
AZERBAIJAN REPUBLIC
MINISTRY OF TAXES
MINISTER
 
 01/01-25/70-197
 21  yanvar 2002-ci il
 
 
  Məlum olduğu kimi, Azərbaycan Respubjiksı Mülki Məcəlləsinin 91-4-cü və 126.1-ci maddələri, habelə Azərbaybän Respüblikasının müvafıq Qanunlan ilə nəzərdə tutulan hallarda və qaydada səhmdar cəmiyyətlənnin, məhdud nıəsuliyyətli cəmiyyətlərin, kredit təşkilatlarının, kredit inifaqlarının, sığorta təşkilatlarının, investisiya fondlarının, maliyyə sənaye qruplarının və digər təsərrüfat subyekllərinin illik maliyyə hesabatları auditor tərəfındən yoxlanılmalıdır.
  Eyni zamanda, Azərbaycan Rcspublikası Vergi Məcəliəsinin 16.1.4-cü maddəsinə əsasən audilor təreündən tasdiq olünmaqla təqdim edilməsi nəzərdə tutulduğu hallarda, auditor rəyi əlavə edilməklə vergi hesabadnı vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifesidir.
  Qeyd olunanlarla əlaqədar olaraq qanunvericilikiə müəyyən edilən hallarda maliyyə hesabatlan auditor tərəfındən yoxlanılmalı olan müəssisə və təşkilatlardan mənfəət vergisinin bəyannaməsinə auditor rəyinin əlavə edilməsinin tələb olunınası Sizə tapşırılır.
 
 
F. Məmmədov
 
 
 AZƏRBAYCAN RESPUBLIKASI         Azərbaycan Respublikası
VERGİLƏR NAZİRLİYİ                        Auditorlar Palatasının sədri
N A Z I R                                               cənab V. Novruzova
 
AZERBAIJAN REPUBLIC
MINISTRY OF TAXES 
MINISTER
 
  08/01 24/74-134
 21  yanvar 2002-ci il
 
                        
                              Hörmətli Vahid müəllim !
 
    Sizin 30 noyabr 2001-ci il tarixli 01-1/183 saylı məktubunuzla əlaqədar bildiririk ki, maliyyə hesabatlan auditor tərəfindən yoxlanılmalı olan müəssisə və təşkilatlardan mənfəət vergisinin bəyannaməsinə auditor rəyınin əlavə edilməsinin vergi ödəyicilərindən tələb edilməsi barədə vergi orqanlarma müvafıq göstəriş verilmişdir.
  Eyni zamanda, "Kameral vergi yoxlamasınm keçirilməsinə dair Metodikı göstərişlər"ə həmin müəssisə və təşkilatlardan mənfəət vergisinin bəyannaməsinin qəbul edilməsi zamanı audilor rəyinin əlavə olunmasının tələb edilməsi barədə müvafiq bənd daxil edilmişdir. 
 
  Hörmətlə                 F. Məmmədov



Xəbərlər ] Qanunvericilik ] Faydalı ] Sual-cavab ] Əlaqələr ]





Home

© Balans Audit