Balans Audit





Xəbərlər

Qanunvericilik

Faydalı

Sual-cavab

Əlaqələr




EnglishRussian    Bizim haqda    Tarix    Xidmətlər  

Azərbaycan Respublikasının Nazirlər Kabineti Köhnəlməyə mə`ruz qalmayan aktivlərin Siyahısının təsdiq edilməsi barədə Qərar 5

Bakı şəhəri, 4 yanvar 2001-ci il

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını tə`min etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Köhnəlməyə mə`ruz qalmayan aktivlərin Siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ. Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir

Köhnəlməyə mə`ruz qalmayan aktivlərin Siyahısı

Nadir tarixi və me`marlıq abidələri olan binalar və qurğular (tikililər)*;

elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər

və başqa əyani vəsaitlər;

məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

istismar vaxtı çatmayan çoxillik əkmələr;

kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları); incəsənət əsərləri* ;

tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda; konservasiya edilmiş əsas vəsaitlər; ümumi istifadədə olan avtomobil yolları;

ümumi istifadədə olan parklardaki avadanlıqlar;

torpaq sahələri;

istismara verilməmiş anbarda olan əsas vəsaitlər.




Xəbərlər ] Qanunvericilik ] Faydalı ] Sual-cavab ] Əlaqələr ]





Home

© Balans Audit