Əlavə dəyər vergisi
ödəyicilərinin dövlət reyestrinin
aparılması Qaydalarının təsdiq
edilməsi barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli
393 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Əlavə dəyər vergisi ödəyicilərinin
dövlət reyestrinin aparılması Qaydaları
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziriA.
RASİ-ZADƏ. Bakı şəhəri,
23 fevral 2001-ci il
Əlavə dəyər vergisi ödəyicilərinin
dövlət reyestrinin aparılması Qaydaları
Bu Qaydalar Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 157.2-ci maddəsinə
uyğun hazırlanmış və əlavə
dəyər vergisi (bundan sonra-ƏDV) ödəyiciləri-nin
dövlət reyestrini aparması qaydalarını
müəyyən edir.
1. Ümumi müddəalar
1.1. ƏDV ödəyicilərinin dövlət
reyestri Azərbaycan Respublikasının Vergilər
Nazirliyi tərəfindən aparılır.
Vergi ödəyicilərinin vahid dövlət
reyestrinə daxil edilməmiş şəxs
ƏDV ödəyicilərinin dövlət
reyestrinə daxil edilə bilməz.
1.2. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq
fəaliyyəti göstərən şəxs
vergi orqanına ƏDV-nin məqsədləri
üçün qeydiyyat haqqında könüllü
ərizə verə bilər.
2. ƏDV ödəyicilərinin dövlət
reyestri sistemi ƏDV ödəyicilərinin
dövlət reyestri sisteminə aşağıdakılar
daxildir: ƏDV ödəyicilərinin xronoloji
qaydada qeydiyyat jurnalı; qeydiyyatı ləğv
edilmiş ƏDV ödəyicilərinin uçotu
jurnalı.
3. ƏDV ödəyicilərinin dövlət
reyestrinin aparılmasına qoyulan tələblər
3.1. ƏDV ödəyicilərinin dövlət
reyestrinə vergi ödəyicisinin ƏDV
ödəyicisi kimi qeydiyyata alınması
tarixi, vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi və habelə aşağıdakı
məlumatlar daxil edilməlidir:
a) vergi ödəyicisi olan hüquqi şəxsin:
tam adı; ünvanı; mülkiyyət növü;
təşkilati-hüquqi forması; fəaliyyət
növləri.
b) vergi ödəyicisi olan fiziki şəxsin:
soyadı, adı və atasının adı;
vətəndaşlığı; şəxsiyyət
vəsiqəsinin mə`lumatları; yaşadığı
ünvan; fəaliyyət göstərdiyi ünvan;
fəaliyyət növləri.
3.2. Reyestr kağız və ya elektron informasiya
daşıyıcılarında aparılır.
3.3. ƏDV ödəyicilərinin mə`lumatlarında
dəyişikliklər baş verdikdə ƏDV
ödəyicilərinin dövlət reyestrində
müvafiq düzəlişlər edilməlidir.
3.4. ƏDV ödəyicisinin ƏDV məqsədləri
üçün qeydiyyatı ləğv edildikdə,
ƏDV ödəyiciləri barəsində
məlumatlar ƏDV ödəyicilərinin
dövlət reyestrindən silinməli və
verilmiş qeydiyyat bildirişi geri alınmalıdır.
4. ƏDV ödəyicilərinin dövlət
reyestrinin aparılması qaydalarının
ümumi əsasları
4.1. Şəxsi ƏDV-nin məqsədləri
üçün qeydiyyatdan keçirərkən
vergi orqanı həmin şəxsi ƏDV
ödəyicilərinin reyestrində qeydə
almağa və ərizə verildikdən sonrakı
5 iş günündən gec olmayaraq ona qeydiyyat
bildirişi verməyə, həmin bildirişdə
vergi ödəyicisinin adını və ona
aid olan digər məlumatları, qeydiyyatın
qüvvəyə mindiyi tarixi və VÖEN-ni
göstərməyə borcludur.
4.2. ƏDV məqsədləri üçün
qeydiyyat haqqında ərizə nin və ƏDV
ödəyicisinin qeydiyyat bildirişi nin formaları
Azərbaycan Respublikasının Maliyyə
Nazir-liyi ilə razılaşdırılmaqla
Azərbaycan Respublikasının Vergilər
Nazirliyi tərəfindən təsdiq edilir.
ƏDV ödəyicisinin qeydiyyat bildirişi
ƏDV ödəyicisinə bir dəfə
verilir və onda saxlanılır. ƏDV ödəyicisinin
qeydiyyat bildirişi itirildikdə və ya yararsız
hala düşdükdə, vergi ödəyicisinin
müraciəti əsasında ona bildirişin
surəti verilir. Bu zaman bildirişin surətinin
üzərində vergi orqanı tərəfindən
surəti sözü yazılmalıdır.
4.3. Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən
olunmuş hallarda rəsmi sorğulara əsasən
sorğu edənə ƏDV ödəyicilərinin
dövlət reyestrindən çıxarış
verilir.
4.4. ƏDV ödəyicilərinin dövlət
reyestrinin bu Qaydalara uyğun aparılmasına
Azərbaycan Respublikasının Vergilər
Nazirliyi nəzarət edir.