Balans Audit





Xəbərlər

Qanunvericilik

Faydalı

Sual-cavab

Əlaqələr




EnglishRussian    Bizim haqda    Tarix    Xidmətlər  

Gəlirdən çıxılmalı olan təmir xərclərinin məhdudlaşdırılan həddi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Hər il üçün gəlirdən çıxılmalı olan tə`mir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna balans üzrə qalıq dəyərinin aşağıdakı həddi ilə məhdudlaşdırılsın: binalar, tikililər və qurğular-2 faiz;

maşınlar, avadanlıqlar və hesablama texnikası-5 faiz;

digərəsas vəsaitlər-3 faiz;

köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər-0 faiz.

2. Əsas vəsaitlərin hər bir kateqoriyası üzrə tə`mir xərclərinin faktiki məbləği bu qərarla məhdudlaşdırılan həddən az olduqda, həmin xərclər gəlirdən çıxılır. Növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləği, əvvəlki illərdəki məhdudlaşdırılan həddə uyğun olaraq hesablanmış məbləğ ilə xərclərin faktiki məbləği arasındakı fərq qədər artırıla bilər.

Təmir xərclərinin faktiki məbləği müəyyən edilən həddən artıq olduqda, bu fərq hər bir kateqoriyaya aid əsas vəsaitlərin balans üzrə qalıq dəyərinin artmasına aid edilir.

3. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

4. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ. Bakı şəhəri, 13 yanvar 2001-ci il




Xəbərlər ] Qanunvericilik ] Faydalı ] Sual-cavab ] Əlaqələr ]





Home

© Balans Audit