Balans Audit





X?b?rl?r

Qanunvericilik

Faydal?

Sual-cavab

?laq?l?r




EnglishRussian     Bizim haqda    Tarix    Xidm?tl?r  

            Haqsız rəqabət haqqında

      Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanunun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir,
sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət
metodlarından istifadəyə görə məs`uliyyətini nəzərdə tutur.
Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir.
 
 
I f·sil. Ümumi müdd·alar
 
 
Madd· 1. ·sas anlay··lar
Bu Qanunun un məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki,
bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə tə`sir
etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;
haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük
əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq
nüfuzuna xələl yetirə bilən hərəkətləri;
qanunsuz ödənişlər — rəqabət mübarizəsində əsassız (haqsız) üstünlüklər əldə etmək məqsədi ilə dövlət orqanlarının
vəzifəli şəxslərini, siyasi partiyalarda rəhbər vəzifə tutan şəxsləri, kütləvi informasiya vasitələri işçilərini, bazar
subyektlərinin rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya qeyri-maddi xarakterli
ödənişlər;
rəqib — müəyyən bir əmtəənin (qarşılıqlı əvəz oluna bilən əmtəələrin) bazarına əmtəə çıxara bilən bazar subyektidir.
Bu Qanunda istifadə olunan digər anlayışlar «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda
müəyyən edildiyi kimi tətbiq edilir.
 
 
Madd· 2. Haqs·z r·qab·t haqq·nda qanunvericiliyin icras·na n·zar·t ed·n orqanlar
Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər.
 
 
II f·sil. Haqs·z r·qab·t
 
 
Madd· 3. Haqs·z r·qab·tin formalar·
Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:
rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
haqsız sahibkarlıq fəaliyyəti;
haqsız işgüzarlıq davranışı;
istehlakçıların çaşdırılması.
 
Madd· 4. R·qibin t·s·rrüfat f·aliyy·tinin t·qlidi
Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:
rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki
xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi;
digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması;
eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla,
digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının
qanunsuz istifadə edilməsi.
 
Madd· 5. R·qibin t·s·rrüfat f·aliyy·tinin nüfuzdan sal·nmas·
Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir:
digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş mə`lumatların
yayılması;
rəqibin elmi-texniki və istehsal imkanları haqqında mə`lumatların təhrif olunmuş şəkildə açıqlanması.
 
Madd· 6. R·qibin t·s·rrüfat f·aliyy·tin· müdaxil·
Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir:
rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması;
rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə tə`sir
göstərilməsi.
 
Madd· 7. Haqs·z sahibkarl·q f·aliyy·ti
Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:
bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair mə`lumatların, o cümlədən kommersiya sirrinin
qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması;
rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz
vasitələrlə tə`sir göstərilməsi;
əmtəələrin məcburi əlavə çeşidlə satışı;
müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;
qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin
təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.
 
Madd· 8. Haqs·z i·güzarl·q davran···
İşgüzarlıq davranışı sahəsində aşğıdakı hərəkətlərə yol verilmir:
müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə)
bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;
rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə
əlaqələrin yaradılmasına maneçilik törədilməsi.
Maddə 9. İstehlakçıların çaşdırılması
Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:
əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya
onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı mə`lumatlardan istifadə edilməsi;
əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə tə`sir göstərən qanunsuz reklam
üsullarından istifadə olunması;
əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi
açıqlanması;
əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və
ya marka ilə təchiz edilməsi:
əmtəənin öz tə`yinatına, ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
 
Madd· 10. Sahibkarl·q f·aliyy·tind· qanunsuz öd·ni·l·rin yolverilm·zliyi
Rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir:
bu və ya digər təsərrüfat subyektinə sün`i surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin,
subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi reciminin müəyyən edilməsi;
müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin sün`i surətdə
yaxşılaşdırılması;
rəqiblə müqayisədə müqavilənin bağlanmasının sün`i surətdə sür`ətləndirilməsi.
III fəsil. Qanunun pozulmasına görə məs`uliyyət
 
 
Madd· 11. Bu Qanuna riay·t olunmas· sah·sind· antiinhisar siyas·tini h·yata keçir·n m·rk·zi icra hakimiyy·ti
orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
 
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına
görə:
müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun
dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;
qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları və cərimələr tətbiq edə bilər;
haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı
məhkəməyə iddia ilə müraciət edə bilər;
bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli
məqsədilə prokurorluğa göndərə bilər.
2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri:
qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında
antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə
yetirməyə;
qanunsuz əldə olunan mənfəəti qaznunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə;
vurulmuş zərəri ödəməyə;
tətbiq edilmiş maliyyə sanksiyaları və cərimələri ödəməyə borcludurlar.
 
Madd· 12. Maliyy· sanksiyalar· v· c·rim·l·r
1. Bu Qanunun un tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — bazar subyektləri qanunsuz əldə olunmuş
gəlirin bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə
sanksiyaları;
bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabət fəaliyyəti göstərilən
dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol
verdikdə — 20 faizinədək maliyyə sanksiyası;
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan
göstərişlərini yerinə yetirməyə və ya vaxtında icra etməməyə görə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10
faizinədək maliyyə sanksiyaları;
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün
olmayan mə`lumat verdikdə və ya lazımi mə`lumatı vermədikdə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 5
faizinə qədər maliyyə sanksiyaları.
2. Bu Qanunun tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, hamçinin bazar subyektlərinin vəzifəli
şəxslərinə aşağıdakı cərimələr tətbiq edilir:
bu Qanunun 4, 5, 6, 7, 8, 9-cı maddələrində qadağan olunmuş hərəkətlərə yol verildikdə — aylıq əmək haqqının 3
mislinədək;
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün
olmayan mə`lumatlar verdikdə və ya lazımi mə`lumatı vermədikdə—aylıq əmək haqqının 3 mislinədək;
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının bu Qanuna uyğun
olaraq verdiyi göstərişləri yerinə yetirmədikdə və ya bu Qanunun tələblərinin pozulmasına 1 il ərzində təkrar yol
verdikdə—aylıq əmək haqqının 5 mislinədək.
3. Maliyyə sanksiyaları və cərimələr bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən
olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir.
 
 
Madd· 13. Qanunsuz ·ld· olunan m·nf··tin geri al·nmas· v· vurulmu· z·r·rin öd·nilm·si
Haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin qərarı ilə dövlət
büdcəsinə alınır.
Haqsız rəqabət fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada həll edilir.
 
 
Madd· 14. Haqs·z r·qab·t· gör· m·s`uliyy·t
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
inzibati və cinayət məs`uliyyəti daşıyırlar.
 
Maddə 15. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının
göstərişlərindən və qərarlarından şikayət verilməsi
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və
qərarlarından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 2 iyun 1995-ci il.
 
 
 



X?b?rl?r ] Qanunvericilik ] Faydal? ] Sual-cavab ] ?laq?l?r ]





Home

© Balans Audit